12 Yanvar 09:50
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Krit adasının sahillərində 4,8 maqnitudalı zəlzələ olub.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər