12 Yanvar 16:50
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq İsrail Baş naziri Benyamin Netanyahunun qaçmağa yeri yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Artıq Netanyahunun qaçmağa yeri və özünü müdafiə etmək imkanı yoxdur. Bu məqamda Prezident Hersoqu daha səmimi ab-havada görürəm, son zamanlar Netanyahunu təqlid edir, çox fərqli bəyanatlar verməyə başlayıb. Tayyib Ərdoğana şifahi hücum etməklə heç nə əldə etməyəcəklər. Çünki onlar Tayyib Ərdoğanı şifahi hücumlarla bitirə bilməzlər, çünki biz həqiqətin arxasındayıq. Biz haqqın tərəfindəyik, məzlumların tərəfindəyik, amma onlar öz zülmləri üçün lazım olanı edirlər. İnanıram ki, nəticə yaxşı olacaq. Məzlum heç vaxt uduzmayıb, zalım həmişə uduzub”, - prezident bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər