Böyük Britaniya və ABŞ qüvvələrinin Yəmənin “Ənsarallah” qruplaşması və ya husilərin mövqelərinə zərbələr endirməsi İrana xəbərdarlıqdır.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Fərhad Pirinççi deyib.
“Bu hücumların regional müharibəyə səbəb olacağını söyləmək hələ tezdir. Burada bir xəbərdarlıq məsələsi var. Husilərə qarşı olduğu kimi görünsə də, bu hücumların səbəbi əslində İrana xəbərdarlıq etməkdir. Çünki husilərin Qara dənizdəki hücumlarının İranla əməkdaşlıq çərçivəsində həyata keçirildiyinə dair (Qərbdə) yekdil fikir var. Hücum edən İsrail və ya başqa bir aktor deyil, birbaşa Britaniya və ABŞ-dir”, - ekspert bildirib.