12 Yanvar 22:56
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peru prokurorluğu ölkənin keçmiş prezidenti Pedro Kastilyoya 34 il həbs cəzası istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Prokurorluq Pedro Kastillo Terronesi qiyam, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi ciddi şəkildə pozmaqda təqsirli bilərək onun 34 il həbs cəzasına məhkum olunmasını istəyir”, - məlumatda deyilir.

Xatırladaq ki, sabiq prezident 2022-ci il dekabrın 7-də dövlət çevrilişi etməkdə ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər