Ötən gün “Norman dördlüyü” çərçivəsində atəşkəsin bərpa olunmasına dair razılığın əldə edilməsinə baxmayaraq, Ukraynanın şərqində döyüşlər səngimək bilmir.
Teleqraf.com-un məlumatına görə, xüsusən Donetsk şəhəri ətrafında vəziyyət çox gərgin olaraq qalır. Donetsk aeroportu yaxınlığında və Debaltsevo rayonunda isə hazırda şiddətli döyüşlər davam edir.
Cəbhə xəttində vəziyyətin kəskinləşdiyini antiterror qüvvələrinin informasiya mərkəzi də təsdiqləyib.
Separatçıların intensiv həmlələrinə baxmayaraq, Ukrayna hərbçiləri mövqelərini qoruyub saxlayırlar və əks hücumlarını davam etdirirlər.
Nail Cəlil