ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəsmisi Rebekka Koffler Rusiyanın Ukraynaya hücumu kontekstində Amerika prezidenti Co Baydenin səhvlərini sadalayıb.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “New York Post” sitat gətirib.
O qeyd edib ki, Ağ Ev rəhbəri ehtiyatlı olub. "Ukrayna böhranının hər mərhələsində Bayden "nəzarət-eskalasiya" strategiyasını seçdi, dəstək siqnalı vermək üçün kifayət qədər hərbi texnika təmin etdi, lakin bu, qalib gəlmək üçün kifayət deyil", - Koffler deyib.
Pentaqonun sabiq kəşfiyyat zabiti Baydenin səhvləri arasında ABŞ-ın peyk və rabitə şəbəkələrini Rusiyanın hücumlarından qorumaq üçün əks tədbirlərin hazırlanmamasını da qeyd edib.
Kofflerin sözlərinə görə, müharibənin ilk günlərindən Bayden özünü küncə sıxıb. O, Baydeni ABŞ vitse-prezidenti olarkən “Rusiyanın uzunmüddətli təhlükəsi ilə bağlı kritik kəşfiyyat məlumatlarına” məhəl qoymamaqda ittiham edib.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya üzrə keçmiş baş analitiki Corc Bibe demişdi ki, Co Bayden Rusiyanın Ukraynaya hərbi hücuma həyati maraqlarına görə deyil, ambisiyalarına görə başladığına inanmaqla səhv edib.