14 Yanvar 14:53
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Yuri İqnat yanvarın 2-də Rusiyanın Ukraynanı atəşə tutması fonunda Polşanın hərbi təyyarələrini havaya qaldırmasını şərh edib.

Teleqraf.com xəbər verir ki, İqnat qonşu dövlətlərin müharibənin qoxusunu hiss etməli, təhlükənin olduğunu anlamalı və buna uyğun cavab verməli olduqlarını bildirib.

Onun sözlərinə görə, vəziyyətin ciddiliyini anlayan Slovakiya, Polşa, Rumıniya və digərləri hava hücumundan müdafiə sistemləri, müasir silahlar, aviasiya kompleksləri və təyyarələr almağa başlayıblar.

"Bu ölkələrin təlim keçirmələri, birbaşa Ukrayna ilə sərhəddə hava hücumundan müdafiəni gücləndirmələri ərazilərinə hava müdaxilələrinin olduğunu göstərir”, - İqnat deyib.

O əlavə edib ki, Rusiya aviasiyasının zərbələri (dron, raketlər) dəfələrlə bu ölkələrin ərazisinə dəyib və təhlükəsizliklərini birbaşa təhdid edib:

"Bu səbəbdən də ölkələr buna reaksiya verir, bunlar düzgün addımlardır, hava hücumundan müdafiənin gücləndirilməsi hazırda bütün dünyada bir nömrəli məsələdir".

İqnatın sözlərinə görə, Ukrayna tərəfdaşları, xüsusən də Polşadan olan həmkarları ilə daim təmasdadır:

"Tərəfdaşlar belə hallara qarşı öz müvafiq cavabları var. Hesab edirəm ki, bu və ya digər təhlükə obyekti varsa, məhv edilməlidir. Əgər bu, raket və ya pilotsuz təyyarədirsə, vurulmalıdır, başqa variant yoxdur. İstənilən suveren dövlətin havasında görünən istənilən təhlükə məhv edilməlidir”.

Yanvarın 2-də Rusiyanın Ukraynaya kütləvi raket hücumu zamanı Polşa hərbi təyyarəsini səmaya qaldırıb. Ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün iki F-16 qırıcı təyyarəsi və bir əlavə qırıci cəlb edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər