İsrail Misirlə Qəzza arasındakı sərhəd bağlanana qədər HƏMAS-a qarşı müharibəni bitmiş hesab etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“HƏMAS-ı məhv edəcəyik, Qəzzanı silahsızlaşdıracağıq, amma hərbi texnika və digər ölümcül silahlar cənub keçidindən axmağa davam edəcək, ona görə də biz onu bağlamalıyıq”, - baş nazir bildirib.
Netanyahu Misir və Qəzza sərhədində bufer zona kimi xidmət edən 14 kilometr uzunluğunda dəhlizin qurulmasını planlaşdırır. Bunun israilliləri HƏMAS-dan qorumaq üçün həyati əhəmiyyət kəsb etdiyi vurğulanır.