14 Yanvar 19:47
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maldiv Respublikası Hindistandan öz ordusunu martın 15-dək adalardan çıxarmağı xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Maldiv adaları prezidentinin administrasiyasının ictimai siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahim məlumat verib.

“Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir”, - İbrahim deyib.

İbrahim xatırladıb ki, qoşunların çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün yüksək səviyyəli qrup yaradılıb. Bu qrupun ilk iclası bazar günü keçirilib. Orada Hindistan ordusunun çıxarılmasının vaxtı ilə bağlı məsələ müzakirə olunub.

Qeyd edək ki, Maldiv adalarında 88 hindistanlı hərbçi var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər