Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada PKK/YPG-nin terror məqsədləri üçün istifadə etdiyi 23 hədəfi məhv edib.
Teleqraf.com xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, PKK-nın Suriyadakı hədəfləri məhv edilib. Sözügedən əməliyyatlarda MİT Suriyada PKK/YPG-nin nəzarəti altında olan təşkilata məxsus sözdə hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri və sursat məntəqələri kimi strateji hədəfləri, həmçinin Suriyada məsul səviyyədə fəaliyyət göstərən şəxsləri hədəfə alıb.
Suriyada PKK/YPG-nin terror məqsədləri üçün istifadə etdiyi 5 kritik infrastruktur obyekti, 3 nəzarət-buraxılış məntəqəsi, 8 hərbi məntəqə, 2 sursat anbarı, 2 logistika anbarı, 2 texniki vasitə anbarı və tunel/yerləşdirmə işlərində istifadə edilən 1 avtomobil məhv edilib.