14 Yanvar 23:31
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Falcon 9 daşıyıcı aparatı Starlink sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital gücünü artırmaq üçün 22 mini-peykdən ibarət daha bir partiyanı orbitə çıxarıb.

Teleqraf.com xəbər verir ki, raket ABŞ Sakit Okean vaxtı ilə saat 00:59-da Kaliforniyadakı ABŞ Vandenberq Kosmik Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər orbitə buraxılıb.

SpaceX artıq orbitə 5,7 mindən çox belə peyk çıxarıb. Onlardan bəziləri uğursuz olub və ya orbiti tərk edib.

Orbitdə 5,3 mindən çox cihaz işlək vəziyyətdədir.

SpaceX dünyanın ən böyük peyk operatorudur. Starlink İnternet şəbəkəsi Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliya da daxil olmaqla 70 ölkədə istifadəçilər üçün əlçatandır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər