Ukrayna Rusiya arasındakı müharibədə üç mümkün ssenari var, onlardan ikisində Rusiya qalib gələcək.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Ali Baş Komandanı, general Filip Bridlav deyib.
“Hazırda yardım etməsək, Ukrayna məğlub olacaq. Çünki Rusiyanın daha çox ordusu və silahları var.
İkinci ssenariyə görə, Qərb Ukraynaya yardımdan imtina edəcək, bu isə ukraynalıların daha çox itkisinə və Ukraynanın Rusiyaya tam tabe edilməsinə səbəb olacaq. Əgər Qərb Kiyevə lazım olan hər şeyi verərsə, Ukraynanı müharibədə qalib edə bilər", - Bridlav bildirib.