22 Yanvar 2015 23:46
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi hərbi-siyasi müxalifətin təzyiqlərinə davam gətirməyərək, istefa verdiyini bildirib.

Teleqraf.com-un “Frans Press”ə istinadən məlumatına görə, bu barədə xəbəri jurnalistlərə ölkə başçısının müşaviri çatdırıb.

Son məlumatlara görə, şiə qiyamçıları (husilər) prezident Abd Rabbo Mənsur Hadi ilə ölkə konstitusiyasında dəyişikliklərin edilməsinə dair razılaşmaya nail olublar.

Bundan bir neçə saat əvvəl isə Nazirlər Kabineti istefaya göndərilməsi ilə bağlı müraciət səsləndirib.

Dəyişikliklər şiə təriqətinin nümayəndələrinin bütün dövlət qurumlarındakı postlarda təmsil olunmasını nəzərdə tutur.


Müəllif:

Oxşar xəbərlər