15 Yanvar 22:45
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada döyüşlər tezliklə bitməsə, o zaman ukraynalılar böyük xalq kimi yer üzündən yox olacaqlar.

Teleqraf.com xəbər verir ki, bunu Xerson vilayətinin “qubernator”u Vladimir Saldo deyib.

“Demoqrafik baxımdan Ukrayna əhalisinə bərpası mümkün olmayan zərər dəyib. SSRİ-dən ayrılandan bəri ölkədə doğum səviyyəsinin aşağı olması və köç səbəbindən əhalinin intensiv azalması müşahidə olunur. Döyüşlər tezliklə bitməsə, ukraynalılar böyük bir xalq kimi yer üzündən silinəcəklər. Yalnız dünyaya səpələnmiş diaspora və yandırılmış torpaqda əhalinin qalıqları qalacaq”, - Saldo bildirib.

“Qubernator”un sözlərinə görə, bu savaşda ölənlər Qərbin və Kiyevin təbliğatına aldanmış, qırğın üçün qardaş müharibəsinin ağzına atılmış insanlardır:

“Onlar yad maraqlar uğrunda mənasız və şərəfsizcəsinə öldülər”.

Ukraynanın Xerson vilayəti 2022-ci ilin sentyabrında keçirilmiş “referendumun nəticələri”nə görə Rusiyaya ilhaq edilib. Ukrayna bunu tanımır. Rusiya tərəfinin iddiasına görə, Xersonun 75 faizi rus ordusunun, Xerson şəhəri də daxil olmaqla Dnepr çayının sağ sahilindəki hissəsi Ukraynanın nəzarəti altındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər