“Oktyabrın 7-dən bu yana BMT-nin 152 əməkdaşı Qəzzada öldürülüb ki, bu da təşkilatımızın tarixində ən böyük insan itkisi olub”.
Teleqraf.com xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş BMT-nin qərargah binasında jurnalistlərə açıqlamasında deyib.
BMT Baş katibi oktyabrın 7-də HƏMAS tərəfindən törədilən cinsi zorakılıq hallarının ciddi şəkildə araşdırılmasını və bu cinayətləri törədənlərin mühakimə olunmasını tələb edib:
“HƏMAS-ın yüzlərlə İsrail və digər ölkələrin vətəndaşlarının həyatına son qoyan və girovların vəhşicəsinə ələ keçirilməsi ilə nəticələnən dəhşətli 7 oktyabr hücumlarından 100 gündən çox vaxt keçir. Mən hər gün görüşdüyüm ailələrin çəkdikləri əziyyətləri düşünürəm. Bu cinayətlər ciddi şəkildə araşdırılmalı və bunu törədənlər mühakimə olunmalıdır. Heç kimsə mülki şəxslərin qəsdən öldürülməsinə, yaralanmasına və qaçırılmasına və eləcə də, mülki hədəflərə raketlərin atılmasına haqq qazandıra bilməz”.