ABŞ İranın İraq Kürd Muxtariyyətinə bu gecəki hücumlarını pisləyir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
“İranın İraqın sabitliyini pozan ehtiyatsız raket zərbələrinə qarşıyıq. İraq və Kürdüstan regional hökumətinin İraq xalqının istəklərini yerinə yetirmək səylərini dəstəkləyirik”, - ABŞ rəsmisi deyib.
Gecə saatlarında Amerikanın Ərbil şəhərindəki konsulluğu yaxınlığında silsilə partlayışlar baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücuma görə məsuliyyəti öz üzərinə götürərək bildirib ki, ballistik raketlərlə “casus qərargahı və anti-İran terror hədəfləri” vurulub. Zərbələr nəticəsində 4 nəfər həlak olub.
ABŞ-nin liderliyindəki koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında 3 PUA-nı vurub. Şəhər üzərindən hava hərəkəti dayandırılıb.