Meksikada baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 14 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli Heraldo de chihuahua nəşri məlumat yayıb.
İnsident Sonora ştatında Syudad Obreqon – Quaymas avtomobil yolunda baş verib. Yük maşını ilə toqquşan sərnişin avtobusunda yanğın başlayıb.
Faktla bağlı araşdırma aparılır.