NATO Ukraynada hücumun intensivləşməsi səbəbindən Rusiya ilə bağlı hər hansı mümkün ssenarini istisna edə bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Polşanın Milli Müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.
"Biz istənilən ssenariyə hazır olmalıyıq. Hazırda Ukrayna cəbhəsində vəziyyət çox ciddidir. Polşa ordusunun genişlənməsi və transformasiyası prosesini davam etdirmək lazımdır. Bu il Polşanın hərbi büdcəsi 20 faiz artacaq", - nazir bildirib.
Qeyd edək ki, Almaniyanın "Bild" nəşri Bundesverə aid olduğu iddia edilən məxfi sənədə istinadla Almaniya müharibəyə hazırlaşır deyə məlumat yaymışdı. Almaniya Müdafiə Nazirliyinin ssenarisinə görə, NATO ilə Rusiya arasında müharibə 2025-ci ilin yayında başlayacaq.