23 Yanvar 2015 02:21
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ölkənin cənub-şərqində separatçılarla yeni irimiqyaslı müharibəyə hazırlaşır. Artıq döyüş əməliyyatlarının aparıldığı bölgəyə hərbi ehtiyat qüvvələri cəmləşdirilməkdədir.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə prezident Pyotr Poroşenko güc strukturlarının rəhbərləri ilə keçirdiyi müşavirə zamanı bildirib.

“Biz həmçinin atılacaq addımları razılaşdırdıq, əgər düşmən atəşkəs rejiminə əməl eləməsə, onun dişlərindən vuracağıq”, - deyə dövlət başçısı qarşı tərəfə sərt xəbərdarlıq edib.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda isə qeyd olunur ki, güc orqanları ilə müşavirənin terrorçulara qarşı növbəti addımlar planı hazırlamaq məqsədilə keçirilib.


Müəllif:

Oxşar xəbərlər