16 Yanvar 19:58
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, bu görüşlər barədə Ukrayna dövlət başçısı "X" hesabında bildirib.

Görüşlər Davosda Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

Zelenski bildirib ki, Avropa Komissiyasının rəhbəri ilə görüşdə Ukrayna-Aİ gündəminin bütün prioritetləri müzakirə olunub.

"Ukrayna Aİ-yə üzvlük danışıqlarının praktiki başlanğıcına yaxınlaşdıqca, biz irəliyə doğru daha bir addım atmağa və Ukrayna qanunvericiliyinin yoxlanılmasına başlamağa razılıq verdik. Fevralın 1-də Aİ Şurasının sammitində Ukraynaya 50 milyard avroluq uzunmüddətli yardımı vermək qərarını zəruri olduğunu bildirdik. Ukrayna bu məsələdə konsensusa ümid edir", - o paylaşımında qeyd edib.

Dövlət katibi Blinkenlə görüş zamanı isə Prezident Zelenski onu döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb:

"Mən dövlət katibi Blinkenə və görüşdə iştirak edən ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivana döyüş meydanında mövcud vəziyyət, bu il Ukrayna Müdafiə Qüvvələrinin qarşısında duran əsas vəzifələr və onların yerinə yetirilməsi üçün tələb olunan vasitələr barədə məlumat verdim. Biz həmçinin Ukrayna və ABŞ arasında hava hücumundan müdafiə sahəsinə xüsusi diqqət yetirməklə gələcək müdafiə əməkdaşlığından danışdıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər