16 Yanvar 20:52
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvar Avropa İttifaqının sanksiya siyahısına salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurasının bəyanatında deyilir.

“Bu gün Şura daha bir nəfəri terrorçular siyahısına əlavə etmək qərarına gəlib. Bu, HƏMAS-ın siyasi lideri Yəhya Sinvardır", - deyə o qeyd edir.

Sənəddə sanksiyaların həmin gün qüvvəyə mindiyi aydınlaşdırılır.


Müəllif: Teleqraf.com