Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının rəhbəri olmaq iddiasından imtina edib.
Teleqraf.com xəbər verir ki, o, Avropa hakimiyyət orqanlarında işləməkdə maraqlı olmadığını bildirib.
“Təmsil olunduğum partiyanın Avropanın siyasi strukturlarına rəhbərlik etmək ambisiyası yoxdur. Biz milli siyasətçilərik və inanırıq ki, bizim çağırışımız, işimiz və gələcək işlərimiz Macarıstandadır”.
Orban vurğulayıb ki, onun planlarına Macarıstanı, Macarıstan hökumətini Avropada hər hansı bir vəzifə ilə əvəz etmək daxil deyil.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin “Politico” jurnalı Orbanın hazırkı rəhbər Şarl Mişel getdikdən sonra Aİ-nin sədrliyinin lideri kimi Avropa Şurasına rəhbərlik edə biləcəyini yazmışdı.