16 Yanvar 23:31
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somali Prezidenti Hassan Şeyx Mohamudun oğlu Mohamed Hassan Şeyx Mohamudun motosiklet kuryeri Yunus Əmrə Göçerin ölümü ilə nəticələnən qəza ilə bağlı iş üzrə qərar verilib.

Məlumata görə, Mohamud 2 il 6 ay həbs cəzasına məhkum edilib və bu cəza 27 min 300 TL (təxminən 1550 AZN) pul cəzası ilə əvəz olunub.

Qeyd edək ki, dörd gün əvvəl məhkəməyə gətirilən və ifadəsi alınan Mohamed Hassan Şeyx Mohamud sərbəst buraxılıb.

Xatırladaq ki, İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlunun iştirakı ilə baş verən qəzada yaralanan motosiklet kuryeri Yunus Emre Göçer xəstəxanada dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər