16 Yanvar 22:53
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Aeroflot” və “Rossiya” aviaşirkətlərinə həbs təhlükəsi ilə əlaqədar Misirə 27 təyyarə ilə uçmamağı tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.

Bildirilir ki, “Aeroflot”un Misirə 10 Airbus A320, 4 A321, bir A350 və 9 Boinq-777-300ER, “Rossiya”ya isə üç Boinq-737-800 ilə uçması tövsiyə edilmir.

Qəzetin yazdığına görə, bu xəbərdarlıq Misir hava limanlarında təyyarələrin saxlanılması təhlükəsi barədə məlumat aldıqdan sonra edilib.

Hazırda “Aeroflot” Misirə uçuşları “Airbus A320 Neo” təyyarəsi ilə həyata keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər