Ukrayna uzun sürəcək münaqişənin içindədir, sabitliyi bərpa etmək üçün onilliklər lazım olacaq. Əgər 2054 və ya 2072-ci ildə bu problemi həll etmək mümkün olsa, bu, uğur sayılacaq.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasi şərhçi Vitali Portnikov deyib.
“Birincisi, biz qarşımızda duran vəzifələrin miqyasını dərk etməliyik. İkincisi, uzun müddət davam edəcək bir münaqişənin içində olduğumuzu anlamalıyıq. Üçüncüsü, başa düşməliyik ki, bizə ən düzgün və sivil görünən nizamı bərpa etmək və ya yenisini qurmaq üçün onilliklər lazım ola bilər. Belə münaqişələr onillərlə davam edir”, - ekspert bildirib.
Portnikov vaxtilə ölkəsinin Sovet Rusiyası tərəfindən işğalına da diqqət çəkib:
“1920-ci ildə Ukrayna Xalq Respublikasının bolşeviklər tərəfindən işğalından Ukraynanın müstəqilliyinin elan edilməsinə qədər 71 il keçdi. İndi eyni müddətli münaqişə ilə üzləşmişik. Bu gün də Avropada belə münaqişələr var. Özünü müstəqil elan edən Şimali Kipr Türk Respublikası 1975-ci ildə yaranıb. Yaxın Şərq münaqişəsi isə 1948-ci ildə”.
Onun sözlərinə görə, 2054 və ya 2072-ci ildə bu problemi həll etmək mümkün olsa, bu, uğur olacaq.
“Bütün bu müddət ərzində mübarizə aparmalıyıqmı? Hərbi mexanizmlərdən siyasi mexanizmlərə keçmək, Avropa Birliyi və NATO-nun bir hissəsi olmaq üçün bir model tapa bilərikmi? Bütün bunlar qeyri-standart həllər tələb edir”, - Portnikov vurğulayıb.