Avropada Ukraynaya kömək etmək üçün kifayət qədər zenit-raket qurğuları yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Hərbi Hava Qüvvələrinin istefada olan generalı Patrik Dutartre deyib.
"Rusiya tərəfdən raket və dronlardan istifadə etməklə çox hücumlar olub. Onların qarşısını hava hücumundan müdafiə vasitələri ilə almaq lazımdır. Ancaq problem sadəcə olaraq, Avropada və hətta NATO-da hava hücumundan müdafiəni əldən verməyimizdədir. Uzun müddət davam edən sülhə görə, avropalılar öz hava hücumundan müdafiə sistemini inkişaf etdirmədilər. Müharibə başa çatdıqdan sonra, NATO alyansın heç bir rəqibinin qalmadığına qəti şəkildə inanırdı. Yer-hava raketləri yalnız Ukraynada deyil, bütün Avropada və NATO ölkələrində kifayət qədər yoxdur", - Dutartre bildirib.