Fransa eskalasiyadan çəkindiyi üçün Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən Yəmənin “Ənsarallah” Hərəkatına (Husilər) qarşı hava hücumları həyata keçirən Britaniya-ABŞ koalisiyasından kənarda qalıb.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Fransa husilərə qarşı öz ərazilərində qabaqlayıcı zərbələr endirən koalisiyaya qoşulmamaq qərarına gəlib. Niyə? Məhz ona görə ki, bizim hər hansı bir eskalasiyadan qaçmağa çalışan mövqeyimiz var”, - Fransa başçısı bildirib.
Makron mövzunun hərbi yox, diplomatik olduğunu vurğulayıb.