17 Yanvar 20:26
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp yenidən ABŞ prezidenti seçilsə, Kiyevə yardımı tamamilə dayandıra və Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna ilə bağlı müqavilə imzalaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu alman deputat Roderik Kizevetter deyib.

“Xarici siyasətdə Tramp daha da təcrid olunacaq, ABŞ-ni NATO-dan çıxmağa sövq etməyə davam edəcək. Bu, ABŞ-nin hərbi yolla alyansdan çıxacağı anlamına gəlmir, amma 5-ci maddəyə (NATO-nun Kollektiv Müdafiə Bəyannaməsi) inam orta müddətli perspektivdə sarsıla bilər.

Eyni şəkildə Tramp Ukraynaya dəstəyi sıfıra endirə bilər və Vladimir Putinlə dünyanın maraq zonalarına bölünməsinə gətirib çıxaracaq razılaşma əldə etməyə çalışa bilər”, - deputat bildirib.

Kizevetter qeyd edib ki, bu, Rusiyadan Avropaya uzunmüddətli təhlükə demək olacaq, buna görə də Avropa Birliyi müdafiə xərclərini bir neçə dəfə artırmalıdır.

Kizevetterin fikrincə, Vaşinqton Sakit okean regionunda daha fəal siyasət apara bilməsi üçün Almaniya Ukraynaya daha çox yardım etməli, eyni zamanda Qərbi Balkan, Cənubi Qafqaz və Aralıq dənizində ABŞ-yə daha çox dəstək verməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər