17 Yanvar 20:07
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefonla danışıb.

Teleqrafcom xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

O, bildirib ki, "Ceyş əl-Ədl" kimi tanınan hərəkat hər iki ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən terror qruplaşmasıdır: “İranın təhlükəsizliyi Pakistandan olan bu iranlı terror qruplaşması tərəfindən dəfələrlə təhdid edilib və bu qrup dəfələrlə İranda törədilən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. İran silahlı qüvvələrinin dünənki antiterror əməliyyatı bu terror qruplaşmasına qarşı olub və bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”.

Pakistanın xarici işlər naziri isə qeyd edib ki, İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir və nə vaxt Pakistanda İrana qarşı təhlükə yaranarsa, Pakistan hökuməti ona qarşı hərəkətə keçib: “İran Pakistana Pakistandakı terror qrupları haqqında məlumat verməlidir".

Nazir vurğulayıb ki, İslamabad Pakistandakı terror qruplaşmalarına qarşı mübarizənin Pakistan qüvvələri tərəfindən aparılacağını gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər