18 Yanvar 10:58
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Nümayəndələr Palatası və Senatın Kəşfiyyat, Silahlı Qüvvələr və Təsisatlar komitələrinin rəhbərləri və aparıcı üzvləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, prezident qanunvericilərlə Konqresin fəaliyyətsizliyinin ABŞ və dünya üçün strateji nəticələrini müzakirə edib.

“Ölkə başçısı görüş zamanı açıq şəkildə bildirdi ki, Konqresin fəaliyyətsizliyi ABŞ, NATO və azad dünyanın milli təhlükəsizliyini təhlükə altına qoyur”, - Ağ Evdən deyilib.

Bayden Konqresi Ukraynanı dəstəkləmək üçün təcili maliyyə ayırmağa və ABŞ-nin bu məsələdə qətiyyətinə dair güclü siqnal göndərməyə çağırıb.

Prezident Konqresin Ukraynanı Rusiyanın amansız işğalından müdafiə etmək üçün lazımi resurslar, o cümlədən artilleriya və hava hücumundan müdafiə vasitələri ilə təmin etməsinin vacibliyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər