18 Yanvar 12:20
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında hava hücumundan müdafiə sistemlərinin Moskva və Sankt-Peterburq vilayətlərində Ukrayna PUA-larını vurduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, müharibə başlayandan bəri Peterburqda hansısa hərbi vasitələrin vurulması ilə bağlı heç bir məlumat yox idi.

Rusiya MN bildirir ki, Ukrayna PUA-lar vasitəsilə federasiya ərazisində yerləşən hədəfləri vurmağa cəhd edib.

Rusiyanın “Fontanka” nəşri Sankt-Peterburqun Vasilevski rayonundakı evlərin sakinlərinin gecə yarısı partlayış səsləri eşitdiklərini yazıb.

Nəşrin məlumatına görə, Pulkovo hava limanının cədvəlində də dəyişiklik olub, sərnişinlərə səmanın bağlandığı xəbərdarlığı edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər