18 Yanvar 12:41
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı futbolçusu Kərim Benzema Fransa daxili işlər naziri Cerald Darmaneni “Müsəlman Qardaşları” Hərəkatı ilə əlaqədə olmaqda ittiham etdiyi üçün məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, fransalı nazir bundan əvvəl fələstinlilərə dəstək açıqlamasında cavab olaraq futbolçunun “Müsəlman Qardaşları” ilə əlaqəsinin olduğunu bildirib.

Darmanen deyib ki, bir neçə ildir Benzemanın mövqeyinin tədricən “radikal İslam”a doğru dəyişdiyini və “Müsəlman Qardaşları”nın ideologiyasını mənimsədiyini müşahidə edirlər.

Fransa daxili işlər naziri İslam dini və müsəlmanlara qarşı düşmən münasibəti ilə tanınır.

Fransa millisinin sabiq hücumçusu Benzema 36 yaşındadır, 2023-cü ilin yayında “Əl-İttihad”a keçib. Komandanın heyətində 20 oyun keçirib, 12 qol vurub, 5 məhsuldar ötürmə edib. Bundan əvvəl Benzema İspaniyanın “Real Madrid” klubunda çıxış edib, burada 5 dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə “Qızıl Top”u qazanıb.


Müəllif: Mənsur Rəğbətoğlu