18 Yanvar 16:46
2 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə naziri Rüstəm Umerov yanvarın 18-nə Fransaya planlaşdırılan səfərini təhlükəsizlik səbəbi ilə ləğv edib.

Teleqraf.com xəbər verir ki, müdafiə naziri bu gün “Artilleriya Koalisiyası”nın Parisdə Ukrayna ilə bağlı keçiriləcək konfransına onlayn qatılacaq.

Fransa və ABŞ-nin rəhbərlik etdiyi koalisiya Kiyevi dəstəkləyən 50-dən çox ölkəni birləşdirən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn) tərkib hissəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər