18 Yanvar 21:49
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İran üçün mərkəzi hakimiyyətin zəif olduğu İraq deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Pakistanla müharibə İrana baha başa gələ bilər:

“İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1979-cu ildə İslam İnqilabını qorumaq məqsədilə orduya paralel struktur kimi yaradılsa da, on illiklər keçdikdən sonra hədəflərini böyüdüb. Bu qurum həm İran daxilində islahat tələb edən insanlar və qruplara qarşı mübarizə aparır, həm xaricdəki tərəfdaş qruplara silah-sursat göndərir, həm korpusun üzvlərini qonşu ölkələrdəki döyüşlərə yollayır, həm müxtəlif ölkələrdə təsir qrupları formalaşdırır, həm də hansı ölkəyə zərbə endirmək barədə qərar verir. Bununla İslam Keşikçiləri Korpusu dövlətin üstündə olan quruma çevrilib.

İran prezidenti və xarici işlər naziri SEPAH komandanlığının qərarına qarışa bilmir, “bu, İrana ziyan gətirə bilər” kimi etirazı səsləndirməkdən çəkinirlər. Bir neçə gün əvvəl qonşu İraq və Pakistana zərbə endirmək qərarını da İslam Keşikçiləri Koprusunun komandanlğı verib. Ancaq bu dəfə möhkəm ilişiblər. Pakistan mərkəzi hakimiyyətin zəif olduğu İraq deyil, İrana əks-zərbələr endirib. Tehran vəziyyətdən çıxış yolu axtarır. Nüvə dövləti olan Pakistanla müharibə riski İran üçün fəlakət ssenarilərindən birinə çevrilə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər