18 Yanvar 19:57
2 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan və İran arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İran və Pakistan arasında artan gərginlikdən danışarkən deyib.

“Son iki gündə Pakistan və İran arasında baş verən prosesləri narahatlıqla yaxından izləyirik. Bu gün səhər hər iki ölkənin xarici işlər nazirləri ilə danışmaq imkanım oldu, öz mövqelərini izah etdilər. Bu hərəkətlərinin səbəblərini açıqladılar. Türkiyə olaraq problemin daha da böyüməməsi və tezliklə sabitliyin əldə olunmasını tövsiyə etdik. Hər iki tərəf niyyətlərinin hadisələrin daha da yayılmasını istəmədikləri və nəzarət altına almaq olduğunu bildirdilər. Ümid edirəm ki, işlər burada qalacaq. Bu hadisələr iki qardaş ölkə arasında daha da genişlənməyəcək.

Türkiyə olaraq Pakistan və İran arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - nazir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər