18 Yanvar 21:37
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı yeddi nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, sürüşmənin yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə 09:00 - red.) ölkənin cənubunda yerləşən Mindanao adasındakı Monkayoda mədən sahəsində baş verdiyi dəqiqləşdirilir.

İlkin məlumata görə, hadisə leysan yağışlar səbəbindən baş verib.

Ölənlər arasında uşaqların da olduğu məlum olub. Bundan başqa, hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha bir neçə nəfər itkin düşüb.

Hazırda yağıntıların davam etməsi səbəbindən axtarış-xilasetmə işləri dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər