18 Yanvar 23:53
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Edirne vilayətində keçmiş polis rəisləri qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istədikləri zaman sərhəddə ələ keçiriliblər.

Teleqraf.com xəbər verir ki, təhlükəsizlik qüvvələri Meriç rayonunun Alibey kəndi yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasında apardıqları yoxlamalar zamanı Yunanıstana qaçmağa cəhd edən bir qrupu aşkar ediblər.

Saxlanılan şübhəlilərin FETÖ üzvü olduğu üçün axtarışa verilən keçmiş polis rəisləri olduqları məlum olub.

Barələrində azadlıqdan məhrumetmə cəzası olan şübhəlilər saxlanılıb və jandarmada onlarla bağlı əməliyyatlar davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər