Yəmənin “Ənsarallah” (Husilər) Hərəkatı ABŞ və Böyük Britaniyanın zərbələrindən sonra artıq Qırmızı dənizdə gəmilərə kütləvi hücumlar həyata keçirə bilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsünün köməkçisi Sabrina Sinq bildirib.
Onun sözlərinə görə, ABŞ İran tərəfindən dəstəklənən qruplaşmanın infrastrukturunun bombardman edilməsindən sonra ondan cavab gözləyib:
“Ancaq gördüklərimiz sadəcə Qara dəniz istiqamətində bir-iki raketin atılması oldu. Məhz ABŞ onların infrastrukturunu məhv etdiyinə görə çoxlu sayda raket atmırlar, bacarmırlar”.
Eyni zamanda, Sinq husilərin hələ də müəyyən hərbi potensiala malik olduğunu da söyləyib.