19 Yanvar 11:47
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden İran və Pakistan arasındakı gərginlik fonunda vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı proqnoz verməyə hazır olmadığını deyib.

Teleqraf.com xəbər verir ki, o, baş verənləri aydınlaşdırdıqlarını bildirib.

“Göründüyü kimi, İran regionda o qədər də bəyənilmir. Baş verənlər necə inkişaf edəcək? Vəziyyəti araşdırmaq üçün çalışırıq, bunun necə davam edəcəyini bilmirəm”, - Bayden vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də regionda gərginliyin artmasından narahat olduqlarını söyləyib:

“Ekskalasiyaya ehtiyac yoxdur, bütün tərəfləri təmkinli olmağa çağırırıq”.

Departamentin sözçüsü ABŞ-nin bu prosesdə hansı tərəfi dəstəkləməsi ilə bağlı suala da cavab verib. Eyni zamanda o bildirib ki, İran uzun müddətdir terrorizmi, qeyri-sabitliyi maliyyələşdirir, Yaxın Şərqdə nifaq salır. Miller Pakistanın NATO-dan kənar ABŞ-nin əsas müttəfiqlərindən biri olduğunu da xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu