19 Yanvar 13:18
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada 24 Hepati- A xəstəliyinə yoluxma faktını təsdiqlədiklərini, heç bir ölüm hadisəsinin qeydə alınmadığını bildirib və buna görə sarılıqdan əziyyət çəkən minlərlə insanın ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Qebreyesus bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Qebreyesus qeyd edib ki, Hepatit A-n yüngül keçsə də, bəzən ciddi xəstəliklərə səbəb ola bilər.

"İndiyə qədər 24 hadisə təsdiqlənib və heç bir ölüm hadisəsi qeydə alınmayıb Yəqin ki, Hepatit A səbəbiylə sarılıq olan minlərlə insan var

Demək olar ki, təmiz su, tualet və ətraf mühitin olmadığı "qeyri-insani" yaşayış şəraitinin Hepatit A-nın daha da yayılmasına səbəb olub", - deyə o, əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər