Rəsmi İslamabad Tehranı özünün dostu hesab edir və gərginliyin daha da artmasını istəmir.
Teleqraf.com xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluc deyib.
“Dəfələrlə bildirmişik ki, İran bizim dostumuzdur. Eskalasiya istəmirik və onlardan eşitdiklərimizə görə, onlar da istəmirlər”, - Bəluc vurğulayıb.
Yanvarın 16-18-də İran və Pakistan silahlı qüvvələri qarşılıqlı olaraq bir-birinin ərazisinə hava zərbələri endiriblər.