İtaliya xarici işlər naziri Antonio Tacani Qəzzada davam edən İsrail-HƏMAS savaşı ilə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nazir müvəqqəti olaraq bölgəyə İtaliya sülhməramlılarının göndərilməsini təklif edib.
BMT-nin Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) çərçivəsində Livanda 1000-dən çox italyan hərbçisinin xidmət etdiyini xatırladan Tacani deyib:
“Qəzzada sülh missiyası lazım olarsa, keçid mərhələsində BMT sülhməramlıları olaraq hərbçilərimizi göndərməyə hazırıq”.
İtaliyanın baş diplomatı ABŞ-dən Livandakı sülhməramlı missiyalarını genişləndirmək üçün müraciət almadıqlarını vurğulayıb.
İtaliya Avropada belə bir təkliflə çıxış edən ilk ölkədir.