Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatına məxsus üç gəmi əleyhinə raket ABŞ tərəfindən cümə günü Yəməndə husilərin nəzarətində olan ərazilərə endirilən zərbələr nəticəsində məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələeinin Mərləzi Komandılığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın "X" sosial media səhifəsində paylaşılan bəyanatda deyilib ki, yanvarın 19-da Səna vaxtı ilə təxminən saat 18:45-də ABŞ Mərkəzi Komandanlığı qüvvələri Qırmızı dənizin cənubunu hədəf alan və atılmağa hazır olan Husilərə məxsus üç gəmi əleyhinə raketə zərbələr endirib.
Bildirilib ki, raketlər Yəməndə husilərin nəzarətində olan ərazidə yerləşdirilib. ABŞ qüvvələrinin özünümüdafiə məqsədi ilə raketlərə hücum etdiyi və onları məhv etdiyi qeyd edilir.