20 Yanvar 12:39
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukraynada bütün cəbhə xətti boyunca hücuma hazırlaşır. Bu, Ukraynanı müdafiə üçün ehtiyatlardan istifadə etməyə məcbur etmək üçün lazımdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukraynanın hərbi mənbələri artıq Kupyan-Liman və Baxmut istiqamətlərində hücumların intensivləşdiyini bildirirlər. Digər mənbələrə görə, Rusiya yaxın vaxtlarda Liman istiqamətində daha genişmiqyaslı hücuma hazırlaşır.

ISW hesab edir ki, Ukrayna ordusunun resurslarını tükətməyə çalışan Rusiya hədəfə aldığı əraziləri ələ keçirə bilməyəcək. Bununla belə, Ukraynanın bu hücumları dəf etmək üçün xeyli qüvvə sərf edəcəyi də vurğulanır.

ABŞ institutuna görə, Ukraynanın hərbi komandanlığının əks-hücum üçün ayırdığı resurslardan Rusiyanın həmlələrini dayandırmaq üçün istifadə etməsi bu prosesdə bəzi mövqelərini itirmək riski daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər