20 Yanvar 15:01
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya polisi Rusiya, Çin və İrandan gələn təhdidlərlə mübarizə üçün yeni bölmə yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə krallığın polis xidməti rəisinin xüsusi əməliyyatlar üzrə köməkçisi Mett Cuks məlumat verib.

Cuks bölmənin xüsusi təyinatlılardan ibarət olduğunu söyləyib.

Onun sözlərinə görə, Britaniya “soyuq müharibə”dən bəri düşmən dövlətlərdən, xüsusən də İran, Çin və Rusiyadan gələn təhdidlər səbəbindən ciddi təhlükə ilə üz-üzədir.

Cuks əlavə edib ki, yeni bölmə kəşfiyyat orqanları ilə birlikdə bu təhlükələrə qarşı mübarizəyə cavabdeh olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər