20 Yanvar 15:37
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, “Reuters” agentliyi hücumda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvü də daxil olmaqla ümumilikdə 4 nəfərin öldüyünü yazır.

Hava hücumunda vurulan binanın Suriya ordusuna məsləhət verən İranın hərbi rəsmilərinə aid olduğunu bildirən mənbə olay zamanı obyektin tamamilə dağıldığını açıqlayıb.

AFP hücum zamanı iranlı hərbçilərin binada iclas keçirdiklərini və 5 nəfərin öldüyünü iddia edir. Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) hücumda ən azı 5 nəfərin həyatını itirdiyini, 10 nəfərin isə yaralandığını təsdiqləyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nournews” xəbər saytı hücumda ölən 2 SEPAH komandirinin kimliyini açıqlayıb. Həmin şəxslər SEPAH-ın “Qüds” briqadasının kəşfiyyat xidmətinin rəisinin müavini, briqada generalı Sadiq Omidzadə və onun köməkçisi Hacı Qulam Məhərrəmdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər