Ağ Evdən bildirilib ki, ABŞ Konqresi Ukraynaya əlavə yardım ayırmasa, Rusiya bir neçə həftə, ən yaxşı bir neçə aya qalib gələ bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
ABŞ prezidentinin müşavirləri Ceyk Sallivan və Evril Heyns yanvarın 17-də Konqres rəhbərləri ilə görüşdə bu barədə məlumat verib. Ağ Ev rəsmiləri deyiblər ki, yaxın həftələrdə Ukraynanın hava hücumundan müdafiə və artilleriya imkanları tükənəcək. Sallivan Kiyevin durumunun il ərzində daha da çətinləşəcəyini vurğulayıb.
Telekanala danışan mənbələrin sözlərinə görə, Ağ Ev rəsmiləri Prezident Co Baydenin lazım olduğu müddətdə Kiyevlə yaxın olmaq vədini yerinə yetirə bilməyəcəyi ehtimalından getdikcə daha çox təşvişə düşürlər.
Ağ Ev nümayəndələri konqresmenlərə onu da bildiriblər ki, Ukraynaya yardımın dayandırılması ABŞ-yə arxalanan digər ölkələri, o cümlədən Yaponiya və Cənubi Koreyanı müttəfiqlik barədə yenidən düşünməyə vadar edə bilər.
“Konqres rəhbərliyi görüşdə Ukraynaya yardımın göstərilməsinin milli təhlükəsizlik prioritetlərindən biri olduğu barədə razılığa gəlib, amma qanunvericilikdə necə irəliləyişin olacağı ilə bağlı fikir ayrılıqlarını da etiraf edib”, - kanal vurğulayıb.