20 Yanvar 21:27
4 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya Baş naziri Robert Fiko Ukraynanın NATO-ya üzvlüyünə mane olacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bunu ukraynalı həmkarı Denis Şmıqalla görüşündə bəyan edəcəyini deyib.

Onun fikrincə, Ukraynanın alyansa üzvlüyü Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər.

“Mən (görüşə) nə ilə getdiyimi bilirəm, humanitar yardımla gəlirəm, təsdiq edirəm ki, Slovakiya ordusu və dövlət anbarlarından heç bir silah almayacaqlar, deyim ki, bizim baxışlarımız tamamilə fərqlidir. Avropa Birliyinə üzv olmalarına gəlincə, buna hörmətlə yanaşırıq, amma şərtlərə cavab verməlidirlər. Bildirəcəm ki, Ukraynanın NATO-ya üzvlüyünün əleyhinəyəm, veto hüququndan istifadə edib ona mane olacam, çünki bu, Üçüncü Dünya Müharibəsinin əsasını təşkil edəcək”, - Fiko bildirib.

Onun sözlərinə görə, yanvarın 24-də Ujqorodda keçirilməsi planlaşdırılan görüş maraqlı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər