Rusiya qüvvələri Baxmutun cənub-qərbinə doğru irəliləyib. Geolokasiya görüntüləri rusların Klişçivka yaxınlığındakı meşə zolağında irəlilədiyini göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitu (ISW) məlumat yayıb.
Klişçivka, Boqdanivka və İvanov rayonlarında döyüşlər davam edir.
Eyni zamanda, mənbə Boqdanovkanın tutulduğunu elan edən Rusiyanın hərbi mənbələrinin iddialarının doğru olmadığını bildirib. Hazırda qəsəbənin bir hissəsi Ukrayna, digər hissəsi Rusiya qüvvələrinin nəzarətindədir.
Rusiya ordusu Avdiv şəhərinin cənubunda da irəliləyib. Ruslar bu istiqamətdə şəhərin bəzi küçələrini və dağlıq əraziləri ələ keçirdiklərini deyirlər. ISW Rusiyanın iddia edilən irəliləyişlərinə dair heç bir əyani sübut tapmayıb.
Avdiv istiqamətində mövqe döyüşləri gedir.
Məlumata görə, Rusiya qoşunları Kupyan-Svatovo-Kreminna xətti ilə irəliləyərək Svatovodan 20 km şimal-qərbdə Kroxmalnı kəndini tutublər. Bundan əlavə, Kupyanın şimal-şərqində Sinkivka və Petropavlivkada mövqe döyüşləri gedir.
Rusiyanın 1-ci Tank Ordusunun bölmələri Kupyan, 20-ci Əlahiddə Ordusunun bölmələri isə Liman istiqamətində irəliləyirlər.
Rusiya Liman istiqamətində zirehli texnikaların dəstəyi ilə piyadaların hücumunu həyata keçirib. Çoxlu sayda rus tankı, BMP və zirehli texnikası Liman istiqamətində hərəkət edir.