22 Yanvar 13:56
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələrinin kəşfiyyat qurumları rəsmi Ankaraya müvafiq məlumat vermədən artıq Türkiyədə fəaliyyət göstərə bilməyəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik mənbələrdən Türkiyənin “Hürriyyət” qəzetinə məlumat verilib.

Adı açıqlanmayan diplomat nəşrə deyib:

“Bir müddət əvvəl diqqətçəkən bir gəlişmə baş verib. Qərbin bəzi kəşfiyyat orqanları Türkiyədə iş görə, icazəsiz gəlib-gedə bilirdilər. Məsələn, Qərbin kəşfiyyat təyyarəsi gəlir, bir az qalır və gedirdi. Təyyarələrdə nələrin və kimlərin olduğu, nə işlə məşğul olduqları barədə heç bir məlumat vermirdilər.

Nəticədə Türkiyənin milli mövqeyinə uyğun olaraq Ankara bəyan etdi ki, belə əməliyyatlar və ya gəliş-gedişlər xəbər verilmədən həyata keçirilə bilməz”.

Diplomat Türkiyənin qərarının Qərbdə şok effekti yaratdığını söyləyib:

“Vərdişləri pozulanda şoka düşdülər. Əvvəlcə böyük təpki göstərdilər, amma başqa yol yoxdur, qətiyyət var. Bunun “İrana dəstək” olduğuna dair şayiələr yaydılar, amma boşuna idi. Çünki Türkiyə müstəqil dövlət olaraq milli mövqeyini ortaya qoydu. Deyirdilər ki, bir iş görürsənsə, mütləq məlumat verməlisən”.

“Hürriyyət” Ankaranın qərarının ilk növbədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) şamil edildiyini yazır.

“Əlbəttə, bu, Britaniya kəşfiyyatı da ola bilər. Yəni bütün xarici kəşfiyyat orqanları...”, - nəşr əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər